İnsanlara hürriyət, millətlərə istiqlal!

“EuroHome”da qətlə yetirilən mağaza sahibinin FOTOLARI

Xəbər verdiyimiz kimi, “Eurohome” ticarət mərkəzində mağazalardan birinin sahibini qətlə yetirilib.

Qafqazinfo qətlə yetirilən Şəmşiddin Quliyevin fotolarını əldə edib.

Qeyd edək ki, Ş.Quliyevi qətlə yetirən şəxslər onun bacısının qaynının uşaqlarıdır.

Xatırladaq ki, dünən ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyevin iş yerində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR