İnsanlara hürriyət, millətlərə istiqlal!

ETX-də Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirdi

İyulun 23-də Elektron Təhlükəsizlik Xidmətində (ETX) Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüşdə Qırğızıstanda milli CERT-in yaradılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, kibertəhlükəsizlik üzrə qurumlar arasında əməkdaşlıq sahələri, məlumat mübadiləsi və kadr potensialının artırılması imkanları müzakirə olunub.

Müzakirələrdə Dünya Bankının və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri də iştirak ediblər.

Tərəflər arasında beynəlxalq əməkdaşlığın qurulması və bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR