İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya XİN: Tallin Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya keçirəcək

Estoniya hakimiyyəti dondurulmuş Rusiya maliyyə aktivlərinin Ukraynanın bərpası üçün Kiyevə ötürülməsi mexanizmini müstəqil şəkildə yaratmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reinsalu məlumat verib.

Diplomat qeyd edib ki, Estoniya hökuməti Rusiya pullarından istifadəyə icazə verəcək hüquqi struktur yaratmaq qərarına gəlib.

Estoniyalı nazir belə bir qərarın beynəlxalq hüquq baxımından presedent olacağını vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR