İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya əcnəbilərin səsvermə hüququndan məhrum edilməsi ilə bağlı konstitusiyaya düzəlişləri təsdiqləyib

Riygikoqu (Estoniya parlamenti) 2025-ci ilin payızında keçiriləcək növbəti bələdiyyə seçkilərində xarici ölkə vətəndaşlarını səsvermə hüququndan məhrum edən konstitusiyaya düzəlişləri təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün Riygikoqu Estoniya Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qanunu qəbul etdi. Düzəlişə əsasən, Estoniyada yaşayan üçüncü ölkə vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququ ləğv ediləcək, növbəti bələdiyyə seçkilərindən sonrakı seçkilərdən başlayaraq isə vətəndaşlığı olmayan şəxslərə də bu seçkilərdə səs vermək icazəsi verilməyəcək”, – məlumatda deyilib.

Qeyd olunub ki, qərarın lehinə 92 deputat çıxış edib, 7 parlament üzvü əleyhinə səs verib. Estoniya vətəndaşlığı olmayan şəxslərə sonuncu dəfə səs vermək icazəsi verilib. Təşəbbüs müəlliflərinin fikrincə, bu onlara Estoniya vətəndaşlığı üçün müraciət etmək və növbəti bələdiyyə seçkilərində respublika vətəndaşı kimi iştirak etmək üçün yetərincə vaxt verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR