İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya dünyada Rusiya aktivlərinin müsadirəsini qanuniləşdirən ilk ölkə oldu - Detallar

Estoniya parlamenti Ukraynaya təcavüzdə bu və ya başqa formada iştirakı olan Rusiya hüquqi və fiziki şəxslərinin dondurulmuş aktivlərinin müsadirəsi haqqında hökumətin təklif etdiyi qanun layihəsini qəbul edib.

Musavat.com parlamentin mətbuat xidmətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, sənəddə müsadirə olunan bütün aktivlərin Ukraynaya verilməsi nəzərdə tutulur.

Parlamentin konstitusiya komissiyasının sədri Hendrik Terras bildirib ki, “bu gün qəbul edilən qanunla Estoniya təcavüzün həyata keçirilməsində birbaşa iştirak edən və ya ona töhfə verən şəxslərin və şirkətlərin məsuliyyətini nəzərdə tutan bir mexanizm təklif edir": "Artıq beynəlxalq sanksiyalar altında dondurulmuş və sahiblərinin istifadə edə və ya sərəncam verə bilməyəcəyi aktivlər işğalçı müharibənin Ukraynaya vurduğu zərəri kompensasiya etmək üçün istifadə edilə bilər”.

Terras qeyd edib ki, Estoniya anti-Rusiya sanksiyalarının qəbulu prosesində qabaqcıl olub və artıq bir neçə ölkə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi üçün respublikanın yaratdığı hüquqi mexanizmlə maraqlanır: “Estoniya öz biliklərini bölüşməyə hazırdır, çünki Estoniyada 30 milyon avro dəyərində dondurulmuş aktivlər varsa, Avropada bu aktivlər təxminən 300 milyard avroya bərabərdir - bəlkə də tək bir ölkədə tədbirlər çox az təsir göstərə bilər”.

Qanun fiziki şəxslərin və şirkətlərin Rusiyaya qarşı sanksiyalar altında dondurulmuş aktivlərindən “Ukraynaya dəymiş ziyana görə avans ödənişi” kimi istifadə etməyə icazə verir. Xarici İşlər Nazirliyindən Rusiya əmlakının istifadəsi ilə bağlı məsələləri həll etmək, əmlakın hallarını və sahibliyini aydınlaşdırmaq xahiş olunur.

Qanun tələb edir ki, əmlak sahibinin qanunsuz əməldə iştirakı “kifayət qədər sübuta yetirilməlidir”. Əmlak sahibinin Xarici İşlər Nazirliyinin qərarından inzibati məhkəməyə şikayət etmək hüququ olacaq.
Qanunun qəbuluna 101 deputatdan 65-i səs verib.

Qeyd edək ki, Estoniya dünyada belə bir hüquqi aktı qəbul edən ilk dövlət oldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR