Onlayn ictimai-siyasi qəzet
Dünyaca məşhur beyin cərrahı, mikrocərrahiyyənin öncüsü və tibb elminə saysız töhfələr vermiş Prof. Dr. Qazi Yaşargil 100 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, onun ölümü tibb aləmində dərin hüznlə qarşılanıb.
Səhiyyə naziri Kamal Memişoğlu "Əsrin Ən Yaxşı Beyin Cərrahı" seçilmiş Yaşargilin vəfatı ilə bağlı başsağlığı verərək bildirib:
"Bir əsrə yaxın ömrünü elmə və insanlığa həsr edən Qazi Yaşargilin vəfatını böyük hüznlə qarşılayıram. O, təkcə Türkiyə üçün deyil, bütün dünya üçün örnək bir alim idi."
Qeyd edək ki, Yaşargil cərrahi mikroskopla ilk beyin bypass əməliyyatını 1967-ci ildə həyata keçirmiş, Leyla retraktoru və sürüşən mikroskop kimi bu gün hələ də istifadə olunan avadanlıqları tibbi praktikaya qazandırmışdı. Hazırladığı anevrizma klipləri isə müasir beyin əməliyyatlarının ayrılmaz hissəsinə çevrilib.
1999-cu ildə Amerika Nevroloji Cərrahlar Konqresi tərəfindən "Əsrin Beyin Cərrahı" elan edilib.
Avropa Nevroloji Cərrahlar Assosiasiyası tərəfindən fəxri medal ilə təltif olunub.
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ