İnsanlara hürriyət, millətlərə istiqlal!

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Bir çox insan eşqlə təsadüfən qarşılaşacağına inanır, bəziləri isə onun axtarışla tapılacağını düşünür. Eşqi yanlış yerdə axtarıb, yanlış insanlarla münasibət yaşayanların sayı xeyli çoxdur.

Astroloqların fikrincə, bu səhvi ən çox edən 3 bürc var. Onlar bildirirlər ki, həmin bürclər altında dünyaya gələnlər bəzən göz qabağında olanı görə bilmirlər, çünki həyata həmişə eyni bucaqdan baxırlar.

Astroloqlar yanlış insanlara aşiq olan bürclər üçün tövsiyələr də veriblər.

Musavat.com Publika.az-a istinadən həmin tövsiyələri təqdim edir:

Qoç

Eşq axtarışında uzağa getməyi xoşlamırsınız. Daha çox ofisdə və ya dost çevrəsində eşqi tapacağınıza inanırsınız. İdman zalı da eşq axtarışına çıxdığınız yerlər arasındadır. Lakin yüksək enerjili, rəqabətədavamlı Qoç bürcünün nümayəndəsi olaraq sevgi axtardığınız bütün bu yerlər təbiətinizə ziddir. Çünki həm işdə, həm də idmanda hədəfə o qədər fokuslanır, rəqabətə o qədər aludə olursunuz ki, sevgi ikinci plana keçir. Bir an belə geri çəkilib ətrafa baxa bilmirsiniz.

Xarakterinizə heyran olanlar çox olur, amma onlar sizə salam vermək bir yana qalsın, yanınızdan keçməyə belə qorxurlar.

Odur ki, özünüzü daha sərbəst hiss etdiyiniz məkanlarda eşqi tapmaq ehtimalınız daha yüksəkdir. Məsələn, bayram tətilində və ya səyahət zamanı həyatınızın eşqi ilə qarşılaşa bilərsiniz. Ən əsası isə harada olmağınızdan asılı olmayaraq, rəqabətdən və qələbə qazanmaq arzusundan başqa hisslərə də diqqət yetirsəniz, sevgi sizi tapacaq.

Buğa

Sizin ürəyinizə gedən yol uğurdan keçir. Bu sizi tez-tez yanıltsa da, yenə də yüksək vəzifələrdə olanlar sizin üçün həmişə cəlbedici görünür. Uğurlu kişilərə diqqət yetirmək sizi ruhdan sala bilər. Çünki bir kişinin uğurlu karyerasının olması onun yaxşı həyat yoldaşı və ya ata ola biləcəyi mənasına gəlmir. Ona görə də, uğur potensialı olan, məqsədlərinə və hədəflərinə köklənə bilən, uğur yolunda olan və sevgini ikinci plana atmayan şəxslərə diqqət yetirin.

Əkizlər

Flirtləşmək əyləncəli görünə bilər, amma bunun riskləri olduğunu qəbul edin. O insanı heç vaxt tapa bilməyəcəyinizdən narahatsınız. Ona görə də qarşısınıza çıxan hər ehtimalı dəyərləndirmək sizdə vərdişə çevrilib. Hər kəsə potensial həyat yoldaşı kimi baxırsınız. Bu isə sizin üçün vəziyyəti daha da çətinləşdirir. Münasibətlərdə həddindən artıq nizamsız olmaq ürəyinizi və beyninizi yorur.

Bir müddət heç kimə diqqət yetirməyin və həqiqətən nə istədiyinizə fokuslanın. Kimisə bəyəndiyiniz zaman məsafəli tanışlıq əvəzinə üz-üzə görüşün. Yəni sevgini sosial şəbəkələrdə yox, real həyatda axtarın.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR