Onlayn ictimai-siyasi qəzet
"Bahalı hədiyyələrdən çox qorxuram. Rusiyadan bizə qonaq gəlmişdi. Dedi ki, istəyirəm sizə sponsorluq edəm, mahnılar, konsert, nə istəyirsiniz edək. Pul barəsində dərdiniz olmayacaq".
Bu sözləri aşıq Zülfiyyə İbadova "Tarixin bir günü" verilişində deyib.
İfaçı ona sponsorluq etmək istəyən şəxsdən danışıb:
"Mən də varlı ailənin qızı olmamışam. Traxtorçunun qızı, zülmlə pul qazanalardan olmuşam. Dedim, geyimimə qarışmayacaqsınız? Cavab verdi ki, müəyyən şeylər var, etməliyik. Dedim, siz mahnıya qarışa bilərsiniz, geyim tələb edə bilməzsiniz. Geyimimə həyat yoldaşım qarışa bilər.
Əsl qadın ərinin papağını uca tutandır. Dünyaya uşaq gətirməklə deyil. Demək olmaz uşaq dünyaya gətirdim, hər istədiyimi edə bilərəm". (Axşam.az)
13 Aprel 2025
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ