Onlayn ictimai-siyasi qəzet
Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd ediblər.
Musavat.com-un məlumatına görə, bir sıra media orqanlarının ardınca “Блокнот Россия” da bu barədə xəbər yayıb.
Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.
“Hələlik cinayətin siyasi olub-olmadığı, yoxsa ailədəki münaqişə ilə bağlılığı məlum deyil: arvadı boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - məlumatda deyilir.
İndiyədək eks-prezidenti kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb: siyasi rəqiblərdən tutmuş ailə motivlərinə qədər.
Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazır.
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ