Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Dövlətinin prezidenti Ersin Tatar Füzuli Hava limanından paylaşım edib.
Qarabağı tərk edib, Yavru Vatan yolçuluğuna başlayan Tatar "Teşekkürler Can Azerbaycan", mesajını xəbərə qoyulan fotosu ilə yayınlayıb.
Musavat.com xatırladır ki, Ersin Tatar Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə qatılmaq üçün Azərbaycana gəlmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Prezident Ersin Tatarı qəbul etmişdi.
Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan Ersin Tatar Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib və ölkəmizə ikinci dəfə səfər etdiyini vurğulamışdı.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ