Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana səfərə gəlib.
Musavat.com-a verilən məlumata görə, Ersin Tatarı Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb.
Qeyd edək ki, Ersin Tatar iyulun 3-4-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirak edəcək.
Bu gün isə ŞKRT-in prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adı veriləcək.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ