Onlayn ictimai-siyasi qəzet
Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.
Hazırda yük maşınları “Ninotsminda” və “Ququti” keçid məntəqələrinə yönləndirilir.
Xatırladaq ki, Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ