İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb - ölü sayı arta bilər

Laçın-Gorus istiqamətində baş vermiş atışma nəticəsində 3 erməni hərbçi ölüb, çoxlu yaralı var.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb.

“Hraparak” Zəngəzurdakı mənbəyə istinadən məlumat yayıb ki, yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, hazırda əməliyyat olunan Armen Gezalyan da var. Onun əməliyyat olunduğu bildirilir.

Nəşr onu da qeyd edir ki, erməni tərəfi hələ də atışma zamanı yaralıları hadisə yerindən çıxara bilməyib, odur ki, ölənlərin sayı arta bilər.

“Caliber”in məlumatına görə, erməni tərəfi 6 itki verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR