İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sabiq prezidenti Koçaryanın məhkəməsi təxirə salınıb

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə iclasının vaxtı dəyişdirilib.

AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, korrupsiyada ittiham olunan Robert Koçaryan koronavirus testinin nəticəsinin müsbət çıxması səbəbindən bu günə təyin olunmuş məhkəmə iclasına gəlməyib. Onun vəkilinin sözlərinə görə, Koçaryanın iyulun 14-də verdiyi testi müsbət çıxıb. Testin nəticəsi barədə sənəd məhkəməyə təqdim olunub. Hakim növbəti iclası sentyabrın 20-nə təyin edib.

Xatırladaq ki, 2018-ci ildə Robert Koçaryana qarşı 2008-ci ildə dövlət quruluşunu devirmək cəhdi və külli miqdarda rüşvət ittihamı ilə cinayət işi başlanıb. Sabiq prezident həbs olunub və 1,5 il həbsxanada qalıb. Bundan sonra girov müqabilində azadlığa buraxılıb. 2021-ci ilin aprelində konstitusiya məhkəməsinin qərarına əsasən, dövlət quruluşunu devirmək cəhdi üzrə ittiham onun üzərindən götürülüb. Rüşvət ittihamı isə qüvvədə qalır və bu iş üzrə məhkəmə prosesi hələ başa çatmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR