Onlayn ictimai-siyasi qəzet
“25 sentyabr 2020-ci ildə mən Rusiyada işgüzar səfərdə, təlimdə olmuşam”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibənin nəticələrinin araşdırılması üzrə istintaq komissiyasının iclasında deyib.
Tonoyan “müharibənin başlaması barədə sizə nə vaxt və necə məlumat verilib, nə üçün savaş başlayan gün iş yerində olmamısınız” kimi sualları cavablandırmalı olub.
“Sentyabrın 25-dən 26-sı axşama qədər silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədilə mən NATO üzvü olan ölkələrdən birində ezamiyyətdə oldum. Sentyabrın 26-da axşam, müharibə başlamazdan əvvəl təyyarədə Orta Asiya ölkələrindən birinə gedirdim və oradan danışıqlarda iştirak etməli olan insanları götürməli idim. Eniş vaxtı, sentyabrın 27-də səhər saatlarında telefonları açmaq mümkün olanda Baş Qərargah rəisi müharibənin başlaması barədə mənə məlumat verdi. Ermənistanın baş naziri ilə söhbətim olub. Koronavirus uçuş məhdudiyyətlərini nəzərə alaraq yalnız 3 saat sonra Ermənistana qayıtmaq üçün təyyarə tapmağa nail olduq. Üstəlik, mən Gürcüstandan keçərək qayıtdım. Sentyabrın 28-də səhər saat 4-də artıq İrəvanda idim, bir müddət sonra baş nazirdən icazə alıb döyüş yerinə getdim”, - deyə David Tonoyan bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ