Onlayn ictimai-siyasi qəzet
Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın 15 milyon dram girov müqabilində azadlığa buraxılmasına qərar verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Albert Benqlyan məlumat verib.
“Məhkəmə həbs qətimkan tədbirinin dəyişdirilməsi və David Tonoyanın girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edib”, - deyə o qeyd edib.
Tonoyan 2021-ci ilin sentyabrında həbs edilib. Ona qarşı milyonlarla dollarlıq mənimsəmə işi üzrə cinayət işi açılıb.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ