İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın eks prezidentləri bir araya toplanır – yeni Qarabağ SAVAŞI üçün – Tural Abbaslı ilə “Canlı debat”

Ermənistanın keçmiş prezidentləri və Qarabağ separatçılarının eks-liderləri, eləcə də bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə görüş keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr xatırladır ki, birinci prezident Levon Ter-Petrosyanla katolikos II Qareginin görüşündən sonra “Daşnaksütyun” partiyasının ali orqanının üzvü İşxan Saqatelyan görüşün onun təşəbbüsü ilə keçiriləcəyinə eyham vurub.


İ.Saqatelyan Ermənistandakı vəziyyətdən mümkün çıxış yollarını müzakirə etmək üçün eks-prezidentlərin, katolikosların, nüfuzlu hərbçilərin və ictimai xadimlərin görüşünün keçirilməsi təklifi ilə çıxış edib. Nəşrin məlumatına görə, yaxın günlərdə 3+2+2 formatında görüş keçiriləcək. Burada Ermənistan və qonrama “dqr”in keçmiş prezidentləri və iki katolikos iştirak edəcək. “Böyük Kilikiya Evinin katolikosu I Aramın iştirakı ilə bağlı şübhələr var, lakin qalanları razılıq veriblər”. Ehtimal olunur ki, iclasdan sonra iştirakçılar hakimiyyətə müraciət edəcəklər.

Ermənilər təşkilatlanaraq nə etməyə hazırlaşırlar? Yeni Qarabağ savaşına girmək üçün müxalifət gücü və resursu hardan alıb? Bunu təhlükə siqnalı hesab etmək olarmı?

Bu və gündəmdəki digər sualları bu gün saat 12.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR