Onlayn ictimai-siyasi qəzet
“Şəkildə Ermənistan Respublikasının ərazisi “Qərbi Azərbaycan” kimi təsvir edilib. Bu, Azərbaycanda dövlət səviyyəsində yaradılan və təbliğ edilən Qərbi Azərbaycan İcmasının növbəti klipindən bir epizoddur. Xəritədə türkcə yer adlarını və “qayıdacağıq” çağırışını görə bilərsiniz.
Bugünkü birtərəfli kapitulyasiyalara son qoymasaq, bu xəritəni öz əlimizlə reallığa çevirəcəyik”.
Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın tanınmış türkoloqu Varujan Qeqamyan paylaşıb.
Özləri iki dənizin arasını “Böyük Ermənistan” elan etmişdilər. İndi öz halal və tarixi torpaqlarımızı vəsf edəndə, dəli danaya dönürlər. Allahın izni ilə Qərbi Azərbaycana da qayıdacağıq. Xankəndiyə necə qayıtdıqsa, oralara da elə qayıdacağıq!
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ