İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistandan Rusiyaya ixrac olunan çiyələkdə zərərli maddələr aşkarlandı

Ermənistandan Rusiyaya ixrac olunan çiyələklərin tərkibində endokrin sistemini pozan təhlükəli pestisid aşkarlanıb.

Musavat.com Mash kanalına istinadən xəbər verir ki, söhbət Rusiyadan başqa bir çox ölkələrdə qadağan olunmuş təhlükəli pestisid olan tebukonazoldan gedir. Giləmeyvə paytaxtla yanaşı, Moskva və Tula vilayətlərində də satılmalı idi.

Mash-ın məlumatına görə, avqustun 21-də yoxlama üçün seçilmiş dörd tonluq partiyada pestisidlər aşkar edilib. Nümunədə trifloksistrobin və tebukonazol pestisidlərinin miqdarı yoxlanılıb. Birincisi, bəzi araşdırmalara görə, reproduksiyaya və ya məhsuldarlığa təsir göstərir. İkincisinə əsaslanan dərmanlar insanlar üçün ikinci təhlükə sinfinə aiddir. Bundan əlavə, insanın endokrin sistemini məhv edir. Nəticədə 0,152 mq/kq tebukonazol aşkar edilib. Onun göstəricisi standartlaşdırılmayıb, lakin məhsullarda olması artıq təhlükəli hesab olunur. Bundan başqa, avqustun 16-da Ermənistandan gətirilən daha bir çiyələk partiyası yoxlanılıb. Orada pestisid bupirimatın miqdarı normanı (0,690 mq/kq) keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR