Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 2023-cü ildə Daxili İşlər Nazirliyinin strukturunda aparılan islahatlar çərçivəsində polis qvardiyasının formalaşdırılması üçün hazırlıq işləri aparılıb.
“Report” xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Yeni yaranan xidmətin fəaliyyət istiqamətlərinə ictimai asayişin qorunması, hökumət binalarının və mühüm obyektlərin təhlükəsizliyinin təmin edilməsi, xüsusi dövlət mühafizəsi altında olan şəxslərin təhlükəsizliyinin təmin edilməsinə yardım və s. daxildir.
Qvardiyanın əsasını polislər, yol polisi bölməsi, Dövlət Təhlükəsizliyi Baş İdarəsi, xüsusi təyinatlı dəstələr və cinayət prosesində iştirak edən şəxslərin mühafizəsi bölməsi təşkil edəcək.
Yeni xidmətin formalaşdırılması məqsədilə Avropa Şurası tərəfindən cəlb olunmuş ekspertlərin iştirakı ilə polis mühafizəsinin formalaşdırılması konsepsiyası işlənib hazırlanıb və təsdiq edilib.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ