İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda tarix dərsliklərində erməni uydurmaları yığışdırılır?

Ermənistanda qondarma “Erməni soyqırımı” Muzey-İnstitutunun keçmiş direktoru, tarix elmləri doktoru Ayk Demoyan yeni tarix dərsliklərində bu vaxta qədər keçirilənlərin olmayacağını bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

“Uşağınızın 7-ci sinif erməni tarixi dərsliyində görməyəcəyi şeylər:

1. Dərslikdə heç bir silahın - nə Tunc dövrünə, nə Urartuya, nə antik dövrə, nə də orta əsrlərə aid fotoşəkillər yoxdur (bunun səbəbinin dövlət siyasəti kimi “sülh dövrünün” elan edilməsi olduğu güman edilir).

2. “Erməni dağlarının” (ermənilər dağların hamısının adını belə özününküləşdiriblərmiş-red.) yüzlərlə qalasından yalnız Van qalasının fotoşəkili dərsliyə daxil edilib.

3. Dərsliyin Baqratunyatlar sülaləsinin tarixinə həsr olunmuş bölməsində “paytaxt” Aninin bir dənə də olsun fotoşəkili yoxdur.

4. Dərslikdə xristianlıqdan bəhs edilir, lakin Müqəddəs Eçmiədzin Ana Kilsəsinin fotoşəkili yoxdur. Erkən xristian erməni memarlığının heç bir rəsminə rast gəlinmir.

5. Dərslikdə xaçkarların fotoşəkilləri yoxdur. Xaçkarın nə olduğu və ən erkən xaçkar nümunələrinin nə vaxt meydana çıxdığı izah edilmir.

6. Dərslikdə erməni əlyazma sənəti və əlyazma kitabların hazırlanması texnikası təqdim edilmir. Belə ki, dərslikdə inaqurasiya zamanı Ermənistan liderlərinin and içdiyi İncildən bəhs edilmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR