İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda polkovnikin qardaşı həbs edildi

Ermənistanda 44 günlük müharibə zamanı həlak olan polkovnik-leytenant Artur Ovsepyanın qardaşı Armen Hovsepyan öz evindən aparılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bəzi şəxslər Hovsepyanın hara aparıldığını ailə üzvlərinə demədən evə girərək onu aparıblar.

Ailə üzvləri parlamentdə müxalif “Ermənistan” blokundan olan deputat Qarnik Danielyana müraciət edərək Ovsepyanın yerini öyrənmək istəyiblər. Daha sonra Ovsepyanın Dilicana, oradan isə İrəvana - çox güman ki, Ermənistanın İstintaq Komitəsinə aparıldığı məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR