Onlayn ictimai-siyasi qəzet
Ermənistan patrul xidmətinin iki əməkdaşına qarşı cinayət işi başlanıb.
Musavat.com-un məlumatına görə, bu barədə İstintaq Komitəsinin mətbuat xidmətindən yerli mediaya bildirilib.
İdarədən qeyd edilib ki, əməliyyat-istintaq tədbirləri davam etdirilir və artıq saxlanılan şəxslər də var. İstintaq Komitəsi saxlanılanların sayı və törədilmiş cinayətlə bağlı daha sonra məlumat verəcəyini vəd edib.
Bundan əvvəl mətbuatda Şirak rayonunda iki patrul əməkdaşının oğurluqda şübhəli bilinərək saxlanılması barədə məlumat yayılmışdı.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Ermənistan patrul polisinin cərimə dayanacağından bir avtomobil və iyirmidən çox moped oğurlanmışdı. Bildirilib ki, avtomobillərin yoxa çıxmasına patrul xidmətinin əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Daxili Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsində xidməti araşdırma aparılır.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ