Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində müxalif “Şərəf duyuram” fraksiyasının lideri Ayk Mamicanyanın dindirilməyə çağırılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, fraksiya katibi Tqran Abramyan bunu növbəti repressiya aktı hesab etdiklərini söyləyib.
“İqtidar həmkarımız Ayk Mamicanyanı (zorakılığa çağırışa görə-red.) dindirməyə çağırıb, lakin eyni orqanlar sakit şəkildə dinc aksiyalar və ya toplantılar keçirən tərəfdaşlarımıza qarşı zorakılıq əmri verir.
Hazırda onlarla insan həbsdədir . Bir çoxları Armen Aşotyanı, Qriqori Xaçaturovu, Narek Malyanı, Mamikon Aslanyanı tanıyır. LakinPaşinyan iqtidarında bu vaxta qədər həbsxanalara atılan siyasi opponentlərin sayı bundan daha çoxdur.
Hakimiyyətə zorakılığa çağırmaq, onu ictimai şəkildə əsaslandırmaq, təbliğ etmək, konkret hallarda isə zorakılıq tətbiq etmək imtiyazı verib, bunlar özlərini hüquq sahəsindən kənarda hesab edərək ölkəni “qanunsuzluğa” sürükləyiblər”,-deyə Abramyan qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ