Onlayn ictimai-siyasi qəzet
Müxalifət meydanında bir-birinə “palçıq atmaq” yaxşı heç nəyə gətirib çıxarmır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı, eyni adlı müxalifət blokunun katibi, Artsvik Minasyan deyib.
Artsvik Minasyan “Ana Ermənistan” hərəkatının rəhbəri Andranik Tevanyanın sabiq prezident Serj Sərkisyana yönəlik ittihamlarına cavab verib.
Qeyd edək ki, Tevanyan İrəvan bələdiyyəsinə keçirilən seçkilərdə iştirak etməzdən əvvəl həmin “Ermənistan” blokundan deputat olub.
Sonuncu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı sərt tənqid edib. Tevanyanın sözlərinə görə, Sarkisyan prezidentliyi dövründə, əslində, həm ikinci prezident Robert Köçəryanın hakimiyyəti dövrünü, həm də özünü nüfuzdan salıb.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ