İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda konstitusiya müzakirələri qızışır

“Fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. Onun sözlərinə görə, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına dair birbaşa çağırışlar var”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu xatırlatmanı politoloq Suren Surenyants yerli mətbuata açıqlamasında edib.

O iddia edib ki, baş nazir Nikol Paşinyan Konstitusiya və Müstəqillik Bəyannaməsilə bağlı “aşağı səviyyəli” ritorika ilə dövlətçiliyi legitimsizləşdirir və “Azərbaycanın təcavüzkar gündəmini legitimləşdirir”.

“Həmin gün Ermənistanın baş naziri Nikol Paşinyan İctimai radioya müsahibəsində Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyindən danışaraq, Müstəqillik Bəyannaməsi ilə bağlı məsələlərin həllinin zəruri olduğunu bildirib. Eyni zamanda, o, İrəvanda Ermənistan Konstitusiyasının Bakıda və Ankarada necə qəbul edildiyindən danışdıqlarından, Gürcüstanın bunu necə qəbul etdiyini düşünməməsindən çaşqınlıq ifadə edib. O əmindir ki, Ermənistanın konkret təhlükəsizlik sistemində olması səbəbindən İrəvanın Gürcüstanla hərbi sahədə qarşılıqlı əlaqəsi olmayıb. Amma Gürcüstanın istəkləri tamam başqa idi. Lakin bu, Ermənistan və Gürcüstanın bir sıra sahələrdə dostluq, tərəfdaşlıq münasibətləri qurmasına mane olmadı”, - ekspert bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR