Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.
Məlumata görə, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.
Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Polisdən hələ ki hadisə ilə bağlı açıqlama verilməyib./Oxu.Az
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ