Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan barəsində araşdırma aparılır. Məhkəmə onunla bağlı ev dustaqlığı növündə həbs qətimkan tədbiri seçib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Kerobyan hüquqi mübarizəyə başlamaq qərarına gəlib. Xatırladaq ki, ötən həftə sabiq nazir barəsində açılan cinayət işində siyasi motivin olmadığını demişdi.
Lakin Vahan Kerobyanın vəkili Tiqran Yeqoryan artıq müvafiq ərizəni təqdim edəcəklərini yerli mediaya çatdırıb.
Xatırladaq ki, Kerobyan “Synergy” şirkəti ilə bağlı cinayət işində əsas fiqurant olaraq keçir. Sabiq nazir rəsmi səlahiyyətlərdən sui-istifadə etməkdə, onları aşmaqda, və ya bir qruplaşmanın tərkibində qabaqcadan əlbir olaraq təsir imkanlarını işə salmaqda suçlanır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ