Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərdə öyünməyə heç bir şeyinin olmaması açıq-aşkar faktdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirlər Ermənistan parlamentinin müxalif deputatı Artur Xaçatryan tərəfindən səslənib.
Onun sözlərinə görə, bütün beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House” Ermənistanın insan haqları məsələsində praktiki olaraq diktaturaya doğru getdiyini bəyan edir.
“Məsələn, “Freedom House” ölkədə insan haqlarının vəziyyətini 3,07 miqyasda qiymətləndirir ki, bunun da 3-ü elə diktaturadır. Yəni Ermənistan həmin həddən cəmi 0,7 bal yüksəkdir. Özünü “demokratiyanın qalası” elan edən dövlətdə, əslində, keçid diktaturası ilə üzləşirik”, - deyə Xaçatryan qeyd edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ