İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda havanın çirklənmə səviyyəsi normanı ötüb

Ermənistanın paytaxtı İrəvanın bəzi rayonlarında bir neçə gün ərzində havanın çirklənməsinin səviyyəsi yol verilən normanı keçib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb.

"Mərkəz avqustun 15-dən avqustun 21-dək havanın keyfiyyətinin monitorinqini həyata keçirib. Avqustun 15-də Kentron və Şenqavit inzibati rayonlarında, avqustun 21-də isə Ərəbkirdə havadakı tozun konsentrasiyası icazə verilən normanı keçib", - məlumatda deyilir.

O da qeyd olunur ki, avqustun 15, 17 və 20-də Nor-Nork rayonunda havada kükürd qazının konsentrasiyası da normadan artıq olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR