İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Gümrü şəhərinə bələdiyyə seçkiləri öncəsi qalmaqallar başlayıb

Ermənistanda Gümrü şəhər meriyasına keçiriləcək seçki öncəsi müxalif namizədlərə qaşrı təqiblər başladığı iddia edilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müxalifətdə olan “Bizim şəhərimiz” blokundan mer vəzifəsinə namizəd, Ermənistan parlamentinin deputatı Martun Qriqoryan danışıb.

"Seçkilərə üç gün qalıb. Atama, oğluma qarşı hansısa cinayət işi uydururlar, mən başa düşdüyüm qədər, dağıntılarla bağlı hamıya məlum olan məsələdir”.

Qriqoryan seçicilərin pulla ələ alınmaq istənildiyini də bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları “Ana Ermənistan” alyansının ofisinə daxil olaraq qərargah rəhbəri Ara Voskanyanın mənzilində və “Ana Ermənistan” alyansının baş ofisində axtarış aparıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR