Onlayn ictimai-siyasi qəzet
Ermənistanda həlak olduğu deyilən Ara Rostamyan adlı hərbçinin atası da həbs olunub.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə onun vəkili Vahan Ovanisyan məlumat verib.
Xatırladaq ki, Ara Rostamyan “Müqəddəs mübarizə” hərəkatının tərəfdarıdır.
Bu gün səhər tezdən hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlara başlayıblar. İstintaq hərəkətləri arxiyepiskop Baqrat Qalstanyanın evində də aparılır.
Bundan əlavə, “Daşnaksütyun”un verdiyi məlumata görə, partiyanın idarə heyətinin üzvlərindən İqor Sarqsyanın, Abovyan komitəsinin üzvü Vardan Avaqyan, Razdan komitəsinin üzvü Artaşes Unanyan və Noyamberyan komitəsinin üzvü Varazdat Amiraqyanın evlərində axtarışlar aparılıb.
Öz növbəsində, Ermənistanın İstintaq Komitəsi “Müqəddəs mübarizə” hərəkatının üzvləri və rəhbərlərinin ölkədə hakimiyyəti ələ keçirməyə və terror aktları törətməyə yönəlmiş fəaliyyət planlaşdırdığı barədə məlumat yayıb.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ