İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda dəhşətli hadisə: 1 ölü, 3 yaralı var

Martın 29-da, axşam saatlarında Ermənistanın Kotayk rayonunda qətl hadisəsi baş verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, saat 20:10 radələrində Kotayk polisinə 1 meyitin və 3 yaralı vətəndaşın Çarentsavan tibb məntəqəsinə çatdırılması barədə əməliyyat məlumatı daxil olub.

Polis və patrul əməkdaşları xəstəxananın yaxınlığında “Porsche Cayenne” və “Jeep” markalı avtomobillər aşkar ediblər və əməliyyat məlumatlarına əsasən, yaralılar məhz bu avtomobillərdə çatdırılıb.

Polis və patrul xidmətinin əməkdaşları ölən və yaralananların şəxsiyyətini, o cümlədən hadisənin harada və hansı şəraitdə baş verdiyini müəyyənləşdirir.

Faktla bağlı cinayət işi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR