Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin daha bir deputatı Akop Aslanyan hakim “Mülki müqavilə” fraksiyasından xaric edilib.
“Report”un məlumatına görə, bu barədə “24News”a fraksiyanın katibi Artur Ovannisyan bildirib.
Dekabrın 11-də A.Aslanyan keçmiş fraksiya həmkarı Ovik Ağazaryanın məhkəməsi ilə əlaqədar “Mülki müqavilə” fraksiyasında iştirakını bir ay müddətinə dayandırdığını bəyan edib. O sosial şəbəkədəki səhifəsində bəyanatın skrinşotunu yerləşdirərək, partiya ilə əməkdaşlığı “dondurmaq” qərarının səhv olduğunu bildirib. Eyni zamanda, skrinşotda mətnin ona Ermənistanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan tərəfindən göndərildiyi görünür.
“Cənab Aslanyan fraksiya və partiyanın nizamnaməsini pozduğuna görə (xaric edilib - red.). Bu gün verdiyi açıqlamaları gördünüz. Fraksiyanın qərarı ilə xaric edildi", - partiyanın katibi deyib.
Ovannisyan qeyd edib ki, fraksiyadan xaric edilən digər deputat Ovik Ağazaryan iclaslardan məlumatların “sızmasını” təşkil edib. Deputatın nöqteyi-nəzərindən Ağazaryanı müdafiə etmək cəhdləri də analoji sonluqla (yəni fraksiyadan kənarlaşdırılma - red.) səbəb olmalı idi.
A.Aslanyanın partiyadan çıxarılması məsələsi “Mülki müqavilə”nin İdarə Heyətində müzakirə olunacaq.
Deputat mandatının təhvil verilməsinə gəlincə, Ovannisyan qeyd edib ki, Aslanyan hələlik qərarını açıqlamayıb. Fraksiya katibinin sözlərinə görə, A.Aslanyan çox güman ki, deputat mandatından imtina etmək istəmir.
Aslanyan özü vəziyyəti şərh etməyib, o, “şərh yoxdur” deməklə kifayətlənib.
Xatırladaq ki, dekabrın 4-də “Mülki müqavilə” Partiyası deputat Ovik Ağazaryanı da sıralarından xaric edib. Bu barədə partiyanın sosial şəbəkədəki səhifəsində məlumat verilib. “İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub”, - məlumatda bildirilib.
12 Dekabr 2024
11 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ