Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının iyulun 31-də keçirilən ianə toplantısında bütün nüfuzlu erməni iş adamlarına partiyaya iri məbləğ bağışlamaq barədə tapşırıq verilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, 987 donordan təxminən 506 532 950 dram, yəni 1 milyon 322 min dollar toplanıb. Qəzet yazır ki, “Vətəndaş sazişi”nə səliqəli pul köçürənlər arasında Qarabağdan qaçan və Ermənistanda öz biznesini quran Arman Akopcanyan da var.
“Şübhəli ticarət sövdələşmələri ilə məşhurlaşan, hökumətin sevimli iş adamı Narek Nalbandyan da hakim partiyanın fonduna pul ödəyib. Bu adam Tsaqkadzorda güzəştli şərtlərlə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Armen Avetisyanın ailəsinə məxsus “Golden Palace” otelini, həmçinin keçmiş baş nazir və parlamentin sabiq sədri, hazırda həbsdə olan Ovik Abramyanın dəbdəbəli malikanəsini ələ keçirib.
Bundan başqa “Art Lunch” şəbəkəsinin təsisçisi Bakur Melkonyan, “Yeremyan Projects” şirkətinin baş direktoru David Yeremyan, “Dvin” otelinin sahibi Artak Tovmasyan, “Vivaro” şirkətinin təsisçiləri Vahe və Vigen Badalyanlar da səxavətlə pul ayırıblar. Vigen Badalyan həm də parlamentin spikeri Alen Simonyanın dostudur”, - deyə, qəzet yazır.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ