İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə-VİDEO

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.

Musavat.com bildirir ki, bu barədə erməni mediası yazıb.

Məlumata görə, baş nazir Nikol Paşinyan mətbuat konfransında belə yolların xüsusilə Voskeparda olduğunu bildirib. Erməni mediası yazır ku, “kiçik bir hissə de-yure sərhəd xəttini keçir

WhatsApp Image 2024-03-16 at 11.01.09.jpeg (39 KB)

(xəritəyə bax)

və sonra yenidən Ermənistan ərazisinə daxil olur. Söhbət yolun Gürcüstana gedən hissəsindən gedir”.
Baş nazirin sözlərinə görə, əvvəllər Bakı ilə danışıqlar zamanı proporsional hissəni başqa sahəyə köçürməklə bu hissənin Ermənistan üçün saxlanılmasının mümkün olduğu istisna edilmirdi. Lakin sonra o, bunun əlavə qeyri-müəyyənliklər yaratdığına qərar verdi. Ona görə də Paşinyan hesab edir ki, yeni yolun tikintisi daha yaxşıdır.

Sputnik-Ermənistanın müxbiri “kəndi ikiyə bölən sovet sərhədinin harada olduğunu göstərib, 2 evi bu sərhəddən kənarda qoyub”, erməni mediasının yaydığı xəbərdə deyilir.

“Yeri gəlmişkən, Kadastr Komitəsinin xəritəsinə görə, Ermənistanla Azərbaycan sərhədi Kirants kəndi yaxınlığındakı körpü ilə keçir, lakin Google xəritələrinə görə, Azərbaycan ərazisi Ermənistanın 100 metrdən dən çox dərinliyinə gedir”, xəbərdə deyilir.

Voskepar (Əskipara) kəndi Azərbaycan ilə 1990-cı ildə Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi arasında yerləşir. Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib.

Kənd Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir və bu kəndlərin hamısı hazırda Ermənistanın nəzarətindədir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR