Onlayn ictimai-siyasi qəzet
Ermənistanda 10 min nəfərdən çox şəxs 15 milyon dram (37 min dollardan çox) ödəyərək hərbi xidmətə getməmək üçün dövlət orqanlarına müraciət edib.
Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə hakim fraksiyadan olan deputat, müvafiq qanun layihəsinin müəllifi Hayk Sarkisyan bildirib.
Söhbət vaxtilə xidmətdən yayınan və hazırda 27 yaşı tamam olan vətəndaşlardan gedir. Yaxın vaxtlarda onlara qarşı açılan cinayət işlərinə xitam veriləcək, onlar yeni pasportlar alacaqlar.
Deputatın dediyinə görə, bütün prosedur belədir: hərbi xidmətdən yayınanlar Ermənistana qayıdırlar (əvvəlcədən ödəniş etmək qərarına gəlsələr), müstəntiqlər onları hava limanında qarşılayır, ödəməyə hazır olduqları barədə bəyanat yazır, sonra isə yazılı şəkildə bildirirlər. Onlar proses bitənə qədər ölkədən getməməyi öhdəsinə götürür və tələb olunan məbləğ köçürüldükdən sonra cinayət işinə xitam verilir.
Sarkisyanın ilkin hesablamalarına görə, bir il ərzində 500-dən minə qədər insan bu qanundan yararlanacaq. Qanun layihəsi 2023-cü ilin sonunda qəbul edilib və hərbi xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunan vətəndaşlara aiddir. 27 ildən sonra onlar iki il xidmət etsələr və ya 12 ay xidmət edib 2,5 milyon dram (6,2 min dollar) ödəyərsə, Ermənistana qayıda və təqiblərdən azad ola bilərlər. Digər variantlar 6 ay 5 milyon dram (12,4 min dollar), 1 ay 10 milyon dram (24,8 min dollar) və xidmətsiz 15 milyon dramdır.
Qanunun onun qəbul edildiyi vaxt yaşı 25-dən yuxarı olacaq vətəndaşlara da şamil edilməsi təklif olunur.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ