İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana USAİD zərbəsi - Paşinyan hərəkətə keçdi

Ekspert: “Bu, dilənməyi sevən Ermənistana ciddi zərbədir”

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ermənistandakı fəaliyyəti də dayandırılıb. Bu barədə erməni Telegram kanalları məlumat yayıb. Məlumata görə, qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub.

Qeyd edək ki, rəsmi Bakı rəhbəri qatı türkofob olan USAİD-in Azərbaycanda fəaliyyətinə ehtiyac olmadığını bildirmişdi. ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri İlon Mask isə USAİD-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.

Bu arada “İravunk” qəzeti iddia edib ki, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyası, USAİD-in ölkədə bağlanmasını öz maraqları üçün istifadə etməyi planlaşdırır. “Gələn xəbərlərə görə, hakimiyyət USAİD tərəfindən maliyyələşdirilən təşkilatların rəhbərlərinə alternativ proqramların maliyyələşdirilməsini təklif edir. Deyilənlərə görə, bu "parlaq ideyanı" Paşinyanın qulağına pıçıldayan onun həyat yoldaşı olub", - qəzet qeyd edir.

Bəs USAİD-in Ermənistanda öz fəaliyyətini dayandırması qonşu ölkəyə hansı nəticələr vəd edir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov qəzetimizə bildirdi ki, Tramp hakimiyyət kürsüsünə gəlməzdən öncə dövlətin lüzumsuz xərclərinin aradan qaldırılması məsələləri ilə ciddi məşğul olacağını bəyan etmişdi: “Biz bu gün Trampın verdiyi sözə necə əməl etdiyinin şahidi oluruq. Qanunsuz olaraq ABŞ ərazisində yaşayan miqrantların ölkədən çıxarılması, dövlətin lüzumsuz hesab edilən xərclərinin maliyyələşdirilməsinin dayandırılması kimi addımlar Tramp hakumətinin bu günlər gördüyü ən mühüm işlərdən sayılır. Burada yeni formalaşan hökumətdə dövlət xərclərinin optimallaşdırılmasını həyata keçirəcək bir yeni strukturun yaradılması və bu işin başına Trampın seçki kompaniyasında xüsusi rol oynamış milyarder İlon Maskın qoyulması Ağ Evin yeni sahibinin lüzumsuz dövlət xərclərinin aradan qaldırılmasına çox ciddi kökləndiyindən xəbər verir.

Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin dayandırılması da bu sıradan olan məsələdir. Tramp hökuməti 3 ay ərzində bu xərclərin nə qədər səmərəli olduğunu müəyyənləşdirmək məqsədilə agentliyin fəaliyyətinin müvəqqəti dayandırıldığını desə də, əslində agentlik öz işini yaxşı anlayır. Tramp bu qəbildən olan xərclərin aradan qaldırılmasında israrlıdır. Odur ki, agentlik artıq iş yerlərini bağlayır və bir növ fəaliyyətinə xitam verir. ABŞ dövlətinin hesabına maliyyələşən bu layihələrdən ən çox fayda götürən ölkələrdən biri də Ermənistandır.

Azərbaycandan fərqli olaraq özünün bir çox problemlərini yardımlar hesabına həll edən Ermənistan üçün bu ciddi zərbədir. USAİD 1992-ci ildən bu günə qədər Ermənistana təxminən 3,3 milyard dollar sərmayə yatırıb. Hazırda da Agentlik Ermənistanda 22 layihəni maliyyələşdirir. Bir sözlə Trampın bu qərarından ən çox ziyan görən ölkələrdən biri də dilənçi Ermənistan olacaq".

xeyal.jpg (31 KB)

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, USAİD-lə bağlı ən müxtəlif məlumatlar artıq bir neçə gündür yayılır: “Mən düşünmürəm ki, USAİD-in fəaliyyətini dayandırmaqla bu qurumun qarşısına qoyulmuş məqsədlər istiqamətində ABŞ-ın siyasəti də ümumiyyətlə dayandırılır. USAİD-in adı beynəlxalq səviyyədə çox ciddi şəkildə ləkələnmişdi. Bu təşkilatın yaradılması zamanı qarşıya qoyulan məqsədlər var idi ki, bu, onun təsis sənədlərində öz əksini tapmışdı. Qlobal böhranların aradan qaldırılmasına dəstək, ikitərəfli sosial-iqtisadi münasibətlərə töhfə, yoxsulluğun aradan qaldırılması kimi xoşməramlı xidmətlər göstərilməli idi. Amma USAİD-in tamamilə fərqli fəaliyyəti daha çox qabardı.

Bu gün də məlumat yayılıb ki, Əfqanıstanda USAİD-in narkotik istehsalı ilə bağlı fəaliyyətə dəstək verməsi faktları meydana çıxıb. Bütün bu və başqa neqativ fəaliyyətlərə dəstək vermək siyasəti təbii ki, USAİD-in dünyada nüfuzuna böyük zərbə vurub. USAİD-in fəaliyyəti artıq ABŞ-ın özünün xarici siyasətinə ciddi zərər gətirirdi. Ona görə də təşkilatın ya fəaliyyətinin birdəfəlik dayandırılmasının, ya da adının dəyişdirilərək fəaliyyət istiqamətlərinin dəyişdirilməsinin vaxtının çatdığını söyləmək olar".

Ekspert qeyd etdi ki, bir çox dövlətlər USAİD-in fəaliyyətinin ən azı bir müddət üçün fəaliyyətinin dayandırılmasına sevindiyi halda Ermənistan narahatlıq keçirir: “Ermənistan USAİD-in vəsaitlərindən faydalanırdı. Ermənistan yardımların, vəsaitlərin nəticə etibarilə kəsiləcəyindən narahatdır. Ermənistan hökumətini indi narahat edən odur ki, USAİD vasitəsilə aldıqları yardımları bundan sonra necə alacaqlar, ümumiyyətlə, ala biləcəklərmi? Paşinyan ABŞ-a səfərə getdi. Yəqin ki, səfər zamanı bu məsələni də dəqiqləşdirməyə çalışacaq. Şübhəsiz ki, Paşinyan ABŞ rəhbərliyinə Ermənistanın USAİD kimi təşkilatların yardımından asılı olduğunu çatdıracaq və USAİD-in fəaliyyətinin dayandırılmasının Ermənistana mənfi nəticələrinin aradan qaldırılması üçün hansı addımların atılacağını öyrənməyə çalışacaq. Çünki Paşinyan bilir ki, yardımların dayanması onsuz da yaxşı vəziyyətdə olmayan Ermənistanın daxilində gərginliyi, sosial narazılığı daha da dərinləşdirəcək, maliyyə resursları azalan ölkənin idarə olunmasında yeni problemlər meydana gətirəcək. Xarici ianələr və yardımlardan asılı olan ölkədə bu fəsadların meydana gələcəyi şübhəsizdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR