İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana Kim kömək edəcək? - Simonyan

"Rossiya Seqodnya" media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan İrəvanda səfərdə olan Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin Ermənistanla bağlı açıqlamasına münasibət bildirib.

Musavat.com axar.az-a istinadən bildirir ki, Kolokoltsev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Qərb və ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Ukraynadakı vəziyyətdən istifadə etmək istədiyini və ABŞ-ın Ermənistanın taleyi ilə bağlı narahat olmadığını deyib.

"Kolokoltsev doğru deyib ki, Qərb Ermənistanla ancaq Rusiyanı regiondan sıxışdırmaq üçün oynayır, ABŞ-ı ermənilər maraqlandırmır. Mən razıyam. Bircə bunu əlavə etmək istəyirəm ki, bugünkü Ermənistanın ermənilərə dəxli yoxdur", - Simonyan bildirib.

Erməni baş redaktor onu da qeyd edib ki, Kim Kardaşyan, hətta NATO belə Ermənistana kömək etməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR