İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yenə Rusiyaya yox dedi - Sərhəddə KTMT qüvvələri yerləşməyəcək

KTMT-nin monitorinq missiyasının Ermənistan və Azərbaycanın beynəlxalq sərhədində yerləşdirilməsi ilə bağlı Ermənistan tərəfinin mövqeyi təqdim olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
O, izah etdi ki, hazırda bu məsələdə heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikail Aqasandyan RİA Novosti-yə müsahibəsində KTMT-nin Ermənistan və Azərbaycan sərhədində müşahidə missiyasının yerləşdirilməsi məsələsinin müzakirəsinə qayıtmağa hazır olduğunu bildirmişdi.

Onun sözlərinə görə, təşkilat İrəvanın cavabını gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR