Onlayn ictimai-siyasi qəzet
"Baş nazir Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında Rusiyanı etibarsız tərəfdaş kimi göstərməyib".
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ohanesyan deyib.
"Heç bir sensasion açıqlama verilməyib, çıxışın əvvəlində heç bir ölkənin adı çəkilməyib. Müttəfiqlərimizdə məyusluq olduğu bildirilib, hansı müttəfiqlər olduğu qeyd olunmayıb", - deyə Ohanesyan jurnalistin "Paşinyan niyə bütün problemləri Rusiyanın üzərinə atır?" sualına cavab olaraq bildirib.
Bir gün əvvəl Avropa Parlamentində çıxış edən Paşinyan bildirib ki, Ermənistanın müttəfiqləri ölkəsində hakimiyyət dəyişikliyinə çağırış edib.
Moskvadakı yüksək vəzifəli mənbə bildirib ki, Paşinyan fəal şəkildə Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir.
"Ermənistan baş nazirinin oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını Rusiya-Ermənistan münasibətləri ilə bağlı tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk", - deyə mənbə bildirib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ