Onlayn ictimai-siyasi qəzet
Ermənistan vətəndaşlarının 80%-dən çoxu hətta beynəlxalq strukturların zəmanət verdiyi sülh və təhlükəsizlik şəraitində belə azərbaycanlılarla birgə yaşamağa hazır deyil.
Musavat.com xəbər verir ki, bunu MPG/Gallup Beynəlxalq Assosiasiyasının sorğusunun nəticələri sübut edir.
Nəticələrə əsasən, respondentlərin 75,7%-i qətiyyən hazır deyil, 6,1% - hazır deyil, 6,2% - mütləq hazırdır, 9,6% - olduqca hazırdır.
Sorğuda iştirak edənlərin 2,4%-i isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, aprelin 22-dən 25-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ