İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan "Starlink"in öz ərazisində fəaliyyətinə icazə verdi

"Starlink" Ermənistanda radiotezliklərdən istifadəyə icazə alıb.

Musavat.com xəbər verir ki, bu barədə respublikanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan öz Facebook səhifəsində məlumat açıqlayıb

Onun sözlərinə görə, "Starlink.am"ın Ermənistan fəaliyyətlə bağlı müraciəti təmin edilib.

Nazir əlavə edib ki, müraciətə əsasən qlobal peyk rabitə sistemləri ilə idarə olunan ümumi elektron rabitə şəbəkəsinin təşkili üçün ümumi istifadədə olan elektron rabitə şəbəkəsinin istismarına lisenziyalar və radiotezlik zolaqlarından təkrar istifadəyə icazə verilib.

Onun sözlərinə görə, “Starlink” yaxın aylarda ölkədə tam şəkildə fəaliyyət göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR