İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan siyasi rəhbərliyinin Qərbi Azərbaycanla bağlı ən yüksək səviyyədə İLK ETİRAFI

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bu gün verdiyi açıqlamalarda Azərbaycanla bağlı növbəti dəfə həyasız fikirlər səsləndirib. O, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının irəli sürüldüyünü iddia edib.

“Azərbaycan Konstitusiyası 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilir. Bildirilir ki, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycanın varisidir. O zaman Azərbaycan bütövlükdə Sünik (Zəngəzur), Vayots Dzor (Dərələyəz), Tavuş (Qazax qəzası), Qeqarkunik (Göyçə), Ararat (Vedi), Lori və Şirak bölgələrinə iddia edir”, - Nikol bildirib.

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, İrəvanın “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” iddiası Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmləsidir:

“Paşinyan məsələni bu cür qoymaqla konstitusiya tələbini gündəmdən çıxarmaq istəyir, hətta bir qədər də gedərək, iddia edir ki, “Ermənistan konstitusiyasından fərqli olaraq Azərbaycan Konstitusiyasında iddialar yer alır”.

Bu haqda daha öncə də qeyd etmişdik:

- Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur;

- AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur;

- Ermənistan konstitusiyasında isə qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsi Ermənistan dövlətinin qarşısında vəzifə kimi qoyulur;

İrəvanın iddiası faktdan yox, ritorikadan ibarətdir. Hərçənd, Paşinyanın açıqlamasında mühüm məqam da yer alır: erməni baş nazir diqqəti konstitusiya məsələsinə yönəltsə də, Zəngəzurun, Göyçənin, Dərələyəzin və digər ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu da dilə gətirir. Bu, Ermənistan siyasi rəhbərliyinin Qərbi Azərbaycanla bağlı ən yüksək səviyyədə ilk etirafıdır. Həm sərhədin delimitasiyası, həm də Qərbi Azərbaycan məsələsində bundan istifadə etmək olar”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR