Onlayn ictimai-siyasi qəzet
Ermənistan Rusiya Federasiyasına Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutu ilə bağlı ikitərəfli saziş imzalamağı təklif edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan bu barədə sentyabrın 28-də parlament komissiyasının iclasında, müvafiq qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyəti ilə bağlı uzun aylar ərzində Rusiya tərəfi ilə danışıqlar aparılıb.
“Ermənistanın təkflifinə əsasən, Statutla bağlı tərəflər bir-birlərinə ən narahatedici məsələlər üzrə zəmanət verməyi öhdələrinə götürürlər”, - deyə Kirakosyan bildirib.
Ermənistan rəsmisi bu təklifin aprel ayında geri göndərildiyini, lakin heç bir cavab alınmadığını vurğulayıb.
Xatırladaq ki, Rusiya Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun ratifikasiya məsələsinə olduqca ağrılı reaksiya verir. Çünki BCM Rusiya prezidenti Vladimri Putin haqqında həbs qərarı çıxarıb. Bunun nəticəsində Roma statunun ratifikasiya edən istənilən ölkədə onun həbs olunması təhlükəsi yaranıb.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ