Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamenti “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təsdiqləyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, layihə 66 lehinə, 30 əleyhinə olmaqla qəbul olunub.
Rəsmi məlumata görə, 2025-ci ilin dövlət büdcəsi 5,1%-lik iqtisadi artım proqnozuna əsaslanır. Büdcədə gəlirlərin 2 trilyon 837 milyard dram (7 milyard 131 milyon ABŞ dolları), xərclərin isə 3 trilyon 441 milyard dram (8 milyard 649 milyon ABŞ dolları) olacağı nəzərdə tutulub.
Dövlət büdcəsi kəsirinin ÜDM-in 5,5%-ni təşkil edəcəyi qeyd edilir.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ