Onlayn ictimai-siyasi qəzet
Hazırkı hakimiyyət polkovnik-leytenant Ara Mxitaryanın qətli ilə bağlı məhkəmə prosesində yeni alçaldıcı addımlar atır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Facebook səhifəsində yazıb.
Abramyan 2019-cu ildə Ermənitan ordusunun bir zabitinin hakim partiyanın üzvləri, habelə Vayots Dzorun keçmiş qubernatoru, hazırda deputat olan Trdat Sərkisyan tərəfindən döyülərək öldürüldüyünü bildirib. Abramyanın yazdığına görə, indi həmin insidentin şahidlərinə qarşı hakimiyyət tərəfindən cinayət təqibi başlayıb.
Tiqran Abramyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisini orduda zabitlərə qarşı repressiyalarda iştirak etməkdə suçlayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ