İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan niyə “Ukrayna sənədini” imzalamadı-səbəblər  

Rusiyadan qorxdu, yoxsa Qərblə də oynayır?

Xəbər verdiyimiz kimi, Ermənistan iyunun 16-da İsveçrədə Ukrayna üzrə keçirilən sülh sammitin yekun bəyannaməsini imzalamayıb.

Ümumilikdə, bəyannamə 13 ölkə tərəfindən dəstəklənməyib. Sənədi Ermənistanla yanaşı, Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Braziliya, Bəhreyn, Vatikan, Liviya, Kolumbiya, BƏƏ, Tailand, Meksika və İndoneziya da imzalamayıb.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki,  tədbirdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da  plenar iclasında çıxış etməkdən imtina edib. Belə ki, tədbirin moderatoru Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Burişi çıxışa dəvət etsə də, o, bundan imtina edib.  Bundan sonra moderator sözü Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana vermək istəyib,  amma o da çıxış etməkdən imtina etdi.

18427165.jpg (163 KB)

Yada salaq ki,  Ermənistan ötən il də ABŞ-ın təşkil etdiyi “Demokratiya Sammiti”nin bəyannaməsində Ukraynadakı vəziyyətlə bağlı bənd qəbul etməkdən yayınmışdı.

 “Əgər İrəvan İsveçrədə keçirilən konfransın Ukrayna üzrə yekun kommünikesini imzalasaydı, bu, Ermənistan-Rusiya münasibətlərindəki  gərginliyi artıracaqdı”.  Erməni politoloq Sergey Melkonyan  “RİA Novosti”yə belə deyib.   “Ermənistanla yanaşı BRİKS ölkələri də kommünike imzalamayıb. Yəni əslində Rusiya üçün üç kateqoriya ölkələr var - qeyri-dost, neytral və konstruktiv. Son bir neçə il ərzində Ermənistan artıq Rusiyaya görə, Ukrayna ilə bağlı da qeyri-dost addımlar atıb”, - ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistanın sammitdə iştirakı artıq Moskvada müəyyən suallar yaradıb və İrəvan bəyannaməni imzalasaydı,  bu,  İrəvan-Moskva münasibətləri üçün mənfi nəticələr ola bilərdi.

Melkonyan hesab edir ki, Ermənistan formal olaraq Rusiyanın müttəfiqi olaraq qalır və kommünikeyə qoşulmayan BRİKS ölkələri də tərəfdaşdır.

Politoloqun sözlərinə görə, Ermənistan Ukrayna münaqişəsi məsələsində Rusiyanın müttəfiqi olmadığını bəyan etsə də, İrəvanın Moskva üçün qəbuledilməz müddəalara qoşulması “qırmızı xətti” keçmək kimi qəbul edilə bilərdi. “Aydındır ki, Ukrayna problemi Ermənistanın müasir xarici siyasət prioritetləri ilə bağlı deyil, yəni onun milli maraqları ilə heç bir şəkildə bağlı deyil.

Fevralda Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə ölkəsinin “Ukrayna məsələsində” Rusiyanın müttəfiqi olmadığını deyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “rəsmi İrəvanın bir sıra qeyri-dost addımları və bəyanatları”nı açıqlayıb. Xüsusilə, iyunun əvvəlində İrəvandan olan nümayəndə heyətinin Buçaya səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardımın ötürülməsi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. 

scale_1200 (1).jpg (151 KB) 

Musavat.com Yaxın Şərq və Qafqaz üzrə ekspert, politoloq Stanislav Tarasovun “Svodonaya Pressa”ya müsahibəsi ilə də tanış olub. Politoloq sözügedən nəşrə açıqlamasında İrəvanın qərarının qəribə adlandırıb.  Politoloq onu da xatırladıb ki, Ermənistan rəhbərliyi Rusiya və Belarusun ünvanına çoxlu ziddiyyətli bəyanatlar verib. “Ancaq bu, belə bir piar  kampaniyasıdır. Çox danış, amma heç nə etmə. KTMT-dən çıxacaqlarını bəyan edirlər, çıxmırlar.  Avrasiya İttifaqını tənqid edirlər, orada da qalmaqda davam edirlər, İsveçrəyə konfransa gediblər, bəyannaməyə imza atmayıblar. Ermənistan təkcə Rusiyaya deyil, həm də Qərbə münasibətdə ikili standartlar siyasətindən istifadə etməkdə davam edir”,  deyə, politoloq deyib. 

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR