Onlayn ictimai-siyasi qəzet
Britaniya vətəndaşlarına Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səyahətdən çəkinməyi tövsiyə edir.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb.
“Ermənistan-Azərbaycan sərhədi bağlı qalır. Ermənistan və Azərbaycan arasında bütün şərq sərhədindən 5 km məsafədə hər hansı bir səyahətdən çəkinmək tövsiyə olunur. Buna səbəb iki ölkə arasındakı “münaqişədir”. Bu ərazilərdə konsulluq dəstəyi son dərəcə məhduddur”, - deyə məlumatda bildirilir.
Nigar HƏSƏNLİ,
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ