İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan iqtisadiyyatı batmaq ərəfəsində

“Qolos Armeniya”: “Paşinyan hökuməti rəqəmlərlə manipulyasiya edir”

“İlin sonuna yaxınlaşdıqca Ermənistan iqtisadiyyatında yavaşlama daha çox nəzərə çarpır. Oktyabrın 25-də Milli Statistika Komitəsi 9 ayın yekunları ilə bağlı yeni makroiqtisadi hesabat dərc edib. İqtisadi aktivlik ikirəqəmli 13,2% səviyyəsində, sonra ardıcıl olaraq aydan aya azalaraq, son rübdən əvvəl 8,7%-ə qədər “incəlib””.

Musavat.com “Qolos Armeniya”ya istinadən xəbər verir ki, 9 ayın yukunu sənaye istehsalının dinamikası da 12.6%-ə qədər azalma qeydə alınıb.

Bu yaxınlarda iqtisadiyyat naziri Gevorq Papoyan indiki vəziyyətdən danışmayıb, bilərəkdən iqtisadi durumu 2018-ci ildəki “məxməri inqilab”ladan əvvəlki rəqəmlərlə müqayisə edib. “Əslində, Papoyan Paşinyan hökumətinin son 6 ildə hakimiyyətin biabırçı səriştəsizliyi ucbatından kənd yerlərində yaranmış böyük problemlərin üstünü örtməyə çalışıb.

a098b3e8-04e0-3348-b48e-b3df8f3d2578.jpg (152 KB)

İqtisadiyyat Nazirliyinin təmsil etdiyi hökumət bu illər ərzində həqiqətən də yüz milyardlarla dram xərcləsə də, zəif hazırlanmış dövlət proqramları ucbatından kənd təsərrüfatı “qırmızı zona”da qalıb. Üç rübün nəticələrinə əsasən, Ermənistanda kənd təsərrüfatında ümumi məhsuldarlıq cəmi 1,8% artıb” deyə, xəbərdə qeyd olunur. Ermənistanın xarici ticarət dövriyyəsi ixrac (əslində əsasən, təkrar ixrac) 9 ayda 2,1 dəfə artıb ki, bu da pul ifadəsində 10 milyard 595,4 milyon dollar, idxal isə 13 milyard 122,5 milyon dollar təşkil edib. Xarici ticarətin mənfi saldosu, yəni idxalın ixracı üstələməsi davam edir - 9 ayın sonunda 2,5 milyard dollar. Xarici ticarətin belə əhəmiyyətli mənfi saldosu Ermənistanın idxaldan ciddi asılılığını göstərir. Bu ilin iyun ayından qiymətli metalların təkrar ixracı Ermənistan iqtisadiyyatında mühüm rol oynamağı dayandırıb və ilin birinci yarısında xalis ixracın iqtisadi artıma töhfəsi tamamilə mənfi olub. Bu barədə Avrasiya İnkişaf Bankının (AİB) oktyabr ayı üçün növbəti Makroiqtisadi icmalında deyilir.

Belə nəticə çıxır ki, Ermənistanın yüksək iqtisadi göstəriciləri əsasən manipulyasiya xarakterli artım deməkdir, lakin heç də milli iqtisadiyyatın və xüsusən də sənaye sənayesinin real inkişafı demək deyil”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR